Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir könüllüləri Zəyəm Texnologiyalar Parkında olub

05 noyabr 2019 | 16:00

Şəmkir Gənclər Mərkəzinin “Tanışılıq və İş Üçün Səfər” layihəsinin növbəti səfəri Avropanın və Asiyanın tanınmış müəssisələrində istehsal edilmiş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Zəyəm Texnologiyalar Parkı ASC–yə oldu.

Gənclərlə baş tutan səfərin məqsədi, mövcud iş şəraiti və uyğun vakansiyalarla tanış olub, karyera qurmaqda gərəkli olan işi tapmağa dəstək olmaqdır.

✔️Qeyd edək ki, Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnika və avadanlıqlarının, müasir tipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir. Müəssisənin 7 hektar ərazisi var. Parkda 3 müəssisə fəaliyyət göstərir. Bunlar mexaniki, rəngləmə və hazırlıq müəssisələridir. Müəssisədə presləmə, boru əymə, çən və boruları qaynaq edən, metal konstruksiyaları bucaq altında kəsən müasir avadanlıqlar quraşdırılıb.

✅Müəssisə haqqında gənclərə hazırki mövcud vakansiyalar, gələcəkdə yaradılacaq iş yerlərinin formatı barədə məlumatlar verildi.

 

Keçidlər