Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Məhkəməsi Şəmkir rayonunda hüquq olimpiadası keçirib

04 noyabr 2019 | 16:00

1995-ci il noyabrın 12-də özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul edib.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.

Bu münasibətlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi mütəmadi olaraq 12 noyabr -Konstitusiya Günü və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görərək, hər il Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası təşkil edir.

Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası bu Şəmkir rayonunda təşkil edilib. Təhsil Nazirliyi və rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən olimpiadada rayon şagirdləri iştirak edib, qaliblər müəyyənləşdirilib.

Olimpiadadan əvvəl Konstitusiya Məhkəməsinin nümayəndələri Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidasini ziyarət ediblər.
Daha sonra qonaqları Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev nümayəndə heyəti ilə görüşüb.

İcra başçısının birinci müavini şagirdləri hüquq və vəzifələrini dərindən dərk etməyə kömək olacaq belə bir olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bu bilik yarışının şagirdlərin həyatında mühüm rol oynadığı qeyd olunub, olimpiada iştirakçıları arasından ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyinə əminlik ifadə edilib.

Qeyd edək ki, olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər