Şriftin ölçüsü :

Saytın rəngi :

Taekvando üzrə Şəmkir Açıq Birinciliyi keçirilib

26 oktyabr 2019 | 16:00

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş Şəmkir Açıq Birinciliyi açılış mərasimi keçirilib.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək turnirin keçirilməsinin xüsusi əhəmiyyətli və vacib olmasını bildirib.

Qeyd edib ki, Şəmkir rayonunda idmanın bütün sahələrinə diqqət və qayğı göstərilməsi bu gün ən vacib vəzifələrdəndir. Turnir iştirakçılarına xoş səmimi sözlərini və xoş arzularını çatdıran icra başçısı bütün idmaçılara uğurlar arzulayıb.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Gənclər İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir UGİM-in rəhbər və müəllim heyəti, uğurları ilə seçilən idmançılar qərb regionunda taekvandonun inkişafında göstərdikləri xidmətlərə görə Azərbaycan Taekvando federasiyası tərəfindən Fəxri Diplomlar təqdim olunub.

Onu da qeyd edək ki, yarışda 2008/09, 2010/11-ci il uşaqlar, 2005/07-ci il yeniyetmə, 2002/04-cü il təvəllüdlü gənclər qüvvələrini sınayıb.

İki gün davam edəcən turnir “DAEDO international” taekvondo sistemi ilə keçirilib.

Şəmkir Olimpiya İdman Kompleksində təşkil edilən yarışda I,II,III yerləri tutan idmançılar, rayon Gənclər və İdman idarəsinin müvafiq diplom və medalları ilə təltif olunacaq.

Keçidlər