Şriftin ölçüsü :

Saytın rəngi :

RAYONUMUZUN ƏN UCQAR DAĞ KƏNDİNDƏ YENİ HƏKİM MƏNTƏQƏSİ İSTİFADƏYƏ VERİLDİ

25 oktyabr 2019 | 16:00

Əliyaqublu kəndindən sonra Yeni Göyçə kəndində də müasir tələblərə cavab verən həkim məntəqəsinin açılışı olub.

Açılış mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakmiyyətinin başçısı Alimpaşa Məmmədov, RİH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, səhiyyə işçiləri, kənd sakinləri, ziyalılar və KİV nümayəndələri iştirak edib.

Yeni səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etib.

Hər kəsə sağlam ömür arzulayan icra başçısı vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, bütün rayonlarda olduğu kimi Şəmkir rayonunda da sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilir, əhalinin vəziyyəti yaxşılaşır və bu sahədə işlər davam edir: “Bu gün açılışını etdiyimiz həkim məntəqəsi müasir tələblərə cavab verən şəkildə təchiz olunması bu inkişafın əyani sübutudur. Dövlət rəhbərinin səhiyyə sistemində apardığı uğurlu islahatlar regionlardan uzaq kəndlərdə səhiyyə ocaqlarının bərpa etdirilməsi sağlam cəmiyyətinin formalaşmasına, ölkə vətəndaşlarının daha yaxşı səhiyyə xidməti göstərilməsinə şərait yaradır”.

Tədbirdə çıxış edən kənd ağsaqqalları 5 mindən çox əhalisi olan əhaliyə xidmət göstərəcək səhiyyə müəssisəsinin ən müasir tibb avadanlığı ilə təmin edilməsinə, regionlarda əhalinin sağlamlığına göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Yeni Göyçə Şəmkirin ən ucqar dağ kəndlərindən biridir. 2017-ci ildə 7 yaşayış məntəqəsini birləşdirən müasir standartlara uyğun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolu çəkilib və Prezident Cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib. Bu gün açılışı baş tutan Yeni Göyçə həkim məntəqəsi də bu 7 kəndin mərkəzində yerləşir və 5 mindən çox əhalisi olan bu kəndlərin sakinlərinə xidmət edəcək. Həkim məntəqəsi ilkin tibbi yardımın göstərilməsi üçün bütün tibbi avadanlılarla təchiz olunub.

 

 

 

 

Keçidlər