Şriftin ölçüsü :

Saytın rəngi :

ƏLİYAQUBLU SAKİNLƏRİNİN SEVİNCLİ GÜNÜ - HƏKİM MƏNTƏQƏSİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

24 oktyabr 2019 | 16:00

Şəmkir rayon Əliyaqublu kəndində yüksək səviyyədə təmir edilən yeni həkim məntəqəsinin açılışı olub.

Açılış mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Aparatının məsul işçiləri, kənd sakinləri, KİV nümayəndələri iştirak edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək müasir standartlara cavab verən həkim məntəqəsinin ölkə Prezidentinin Əliyaqublu sakinlərinə hədiyyəsi olduğunu bildirib.

İcra başçısı son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, sakinlərin belə bir xoş günündə iştirak etməyin özü böyük bir xoşbəxtlik olduğunu vurğulayıb: "Bu gündən sizlərə ilkin yardım göstərən müasir həkim məntəqəsi var. Hər birinizi təbrik edir, sizlərə sağlam həyat arzulayıram".

Rayon mərkəzi xəstəxanasının baş həkimi Yusif Quliyev, kənd ağsaqqallları bölgələrdə sosial problemlərin həlli, kəndlərdə tibbi xidmətin səviyyəsinin ildən-ilə yüksəldilməsi istiqamətində Şəmkir rayonda böyük işlərin görüldüyünü diqqətə çatdırıb, bunun üçün Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiribər.

Daha sonra qonaqlar yaradılan şəraitlə tanış olub və yeni həkim məntəqəsində yaradılan şəraiti yüksək qiymətləndiriblər.

.

Keçidlər