Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Təhsil üzrə Amerika Şurası Azərbaycanda təhsilin inkişafına xidmət göstərən müxtəlif proqramlar həyata keçirir.

22 oktyabr 2019 | 16:00

Proqram çərçivəsində növbəti tədbir Şəmkir rayonunda akeçirilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva Beynəlxalq Təhsil üzrə Amerika Şurası Azərbaycan üzrə direktoru Codi Blankenşip və təşkilatın nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan Aynur Abdullayeva Şəmkir haqqında ətraflı məlumat verib.

Beynəlxalq Təhsil üzrə Amerika Şurası Azərbaycan üzrə direktoru Codi Blankenşip səmimi qəbula görə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı başda olmaqla bütün şəmkirlilərə təşəkkürünü çatdırıb və proqram haqqında ətraflı məlumat verib.

C.Blankenşip bildirib ki, Beynəlxalq Təhsil üzrə Amerika Şurası Azərbaycanda təhsilin inkişafına xidmət göstərən proqramlardan biri də Gələcək Liderlərin Mübadiləsi (FLEX) Proqramıdır.

Proqram vasitəsilə 11-ci sinif şagirdləri Amerika orta məktəblərində bir il müddətində təhsil almaq və amerikan ailəsində yaşamaq şansı əldə edirlər. 2019-2020-ci tədris ilində 20 azərbaycanlı şagird bu proqramda iştirak etmək üçün seçilmişdir. Ümumiyyətlə, son 26 il ərzində proqramımız çərçivəsində 1000-dən çox azərbaycanlı şagird ABŞ-ın orta məktəblərində təhsil alaraq vətənlərinə qayıtmışlar.

Şəmkirdə Regional Qeyri Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyində "FLEX" imtahanı keçirilmiş və müraciət edən 54 məktəblidən 24-ü ikinci tura vəsiqə qazanmışdır.

Keçidlər