Şriftin ölçüsü :

Saytın rəngi :

"KOB Dostu" Şəmkirə yeni nümayəndə təyin edilib

18 oktyabr 2019 | 16:00

"KOB Dostu" Şəmkirə yeni nümayəndə təyin edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəmkir rayonunda nümayəndəliyi fəaliyyətə başlayıb.

Bağırov Rövşən Fərəməz oğlu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəmkir nümayəndəsi təyin edilib.

Şəmkir İcra Hakimiyyəti və şəmkirlilər adından Rövşən Bağırovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Qeyd edək ki, sahibkarlar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər.

“KOB Dostu” ilə əlaqə saxlamaq istəyən sahibkarlar Şəmkir Gənclər Mərkəzində yerləşən ofisə yaxınlaşa və ya (+99451) 682-88-08 (“Kiçik və orta biznesin dostu” şəbəkəsinin Şəmkir rayonu üzrə nümayəndəsi Rövşən Bağırov) nömrəsi ilkə əlaqə saxlaya bilərlər.

 

Keçidlər