Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RAYON MƏRKƏZİ XƏSTƏXANASINA YENİ BAŞ HƏKİM TƏYİN EDİLDİ

15 oktyabr 2019 | 16:00

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Belə ki, Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən Quliyev Yusif Hüseyn oğlu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Səhiyyə Nazirliyinin nümayəndəsini və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi Yusif Quliyevi qəbul edib.

Alimpaşa Məmmədov ilk öncə qonaqları salamlayıb və yeni təyinat almış Y.Quliyevi təbrik edərək, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.

Y.Quliyev də öz növbəsində Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib.

Daha sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyevin iştirakı ilə yeni baş həkim Mərkəzi Xəstəxananın kollektivinə təqdim olunub.

ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ VƏ BÜTÜN ŞƏMKİRLİLƏR ADINDAN YUSİF QULİYEVİ TƏBRİK EDİR, İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ!

Keçidlər