Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkir Gənc Həkimlər Birliyi" İrmaşlı kəndində pulsuz tibbi müayinə keçirib

07 oktyabr 2019 | 16:00

"Şəmkir Gənc Həkimlər Birliyi" İrmaşlı kəndində pulsuz tibbi müayinə keçirib

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizdə ilk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi” qısa zaman ərzində şəmkirlilərin rəğbətini qazanıb, pasientlərinin sevimlisinə çevrilib.

Rayonun gənc sağlamlıq keçikçiləri tərəfindən könüllü təşkil olunan birlik, bu dəfə İrmaşlı kəndində pulsuz tibbi müayinə həyata keçiriblər.

Belə ki, kəndin sakinləri, xüsusilə də aztəminatlı ailələrin müayinəyə axımı sağlamlığın birliyə olan inamın, sevginin bariz nümunəsidir. Bu gün kənddə həkimə ehtiyacı olan hər kəs orada idi. Hətta onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu humanist tədbirləri yüksək qiymətləndirərək, Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə minnətdarlıqlarını bildirmək üçün gələnlər də az deyildi.

Birlik İrmaşlı kəndində 87 nəfər sakinin pulsuz tibbi müayinəsini həyata keçirib, bir nəfəri isə təmənnasız əməliyyat üçün Şəmkir Mərkəzi Xəstəxanasına dəvət ediblər.

Müayinə zamanı müxtəlif ixtisaslı həkim-mütəxəssislər aşkar olunan patologiyalara müvafiq olaraq xəstələrə tibbi təyinat və məsləhətlər veriblər.

Keçidlər