Şriftin ölçüsü :

Saytın rəngi :

SƏDAQƏT QƏHRƏMANOVA ŞƏMKİRİN FƏAL GƏNCLƏRİ İLƏ GÖRÜŞÜBSƏDAQƏT QƏHRƏMANOVA ŞƏMKİRİN FƏAL GƏNCLƏRİ İLƏ GÖRÜŞÜB

16 sentyabr 2019 | 16:00

Xəbər verdiyimiz kimi bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin sədrinin müavini Sədaqət Qəhrəmanova Şəmkirə vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan sonra Sədaqət Qəhrəmanova, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva Şəmkir Gənclər Mərkəzində rayonun bir qrup fəal gəncləri ilə görüşüb. Görüş çərçivəsində Şəmkir rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılıb.

Sədaqət Qəhrəmanova gənclərə ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və həyata keçirilən layihələr haqqında məlumat verib. Eyni zamanda, erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular ətrafında müzakirələr aparılı

 

Keçidlər