Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, qadın və uşaq məsələləri ilə bağlı Şəmkir rayonunda vətəndaşların qəbulu keçirilib

16 sentyabr 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin sədrinin müavini Sədaqət Qəhrəmanova Şəmkirə vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin sədrinin müavini Sədaqət Qəhrəmanova Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Daha sonra Sədaqət Qəhrəmanova vətəndaşlarla Şəmkir Gənclər Mərkəzində görüşüb. Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə bağlı müraciətlərə baxılıb.

Qəbulda komitə sədrinin müavini tərəfindən ailə, qadın və uşaq məsələləri və digər mühüm mövzular ətrafında hər bir vətəndaşın sualları fərdi qaydada cavablandırılıb, eyni zamanda, müraciətləri qeydə alınıb.

Keçidlər