Şriftin ölçüsü :

Saytın rəngi :

250 MANATDAN 2207 MANATA ƏMƏK HAQQI- ŞƏMKİRDƏ ƏMƏK YARMARKASI KEÇİRİLİB

05 sentyabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzinin birgə təşkil etdiyi növbəti əmək yarmarkası keçirilib.

Yarmarkaya rayonun 24 müəssisə və təşkilatından 365 vakant iş yeri çıxarılıb.

Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununlada işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işziz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib və vakant verilmiş iş yerləri ilə yaxından maraqlanıb.

Alimpaşa Məmmədov rayonda əməktutumlu sahələrin inkişaf etdirilməsinin yerli əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti olacağını bildirib.

Əmək yarmarkasına çıxarılan boş iş yerləri üçün minimum əməkhaqqı 250 manat, maksimum əməkhaqqı isə 2207 manat təşkil edib.

Yarmarkada 98 nəfərə müvafiq iş yerlərinə göndəriş verilib, 21 nəfər isə peşə hazırlığı kurslarına, 12 nəfər isə haqqı ödəniləcək ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata götürülüb

QEYD: MARAQLANANLAR VAKANT YERLƏR ÜÇÜN ŞƏMKİR RAYON MƏŞĞULLUQ MƏRKƏZİNƏ MÜRACİƏT EDƏ BİLƏRLƏR.

 

Keçidlər