Şriftin ölçüsü :

Saytın rəngi :

TALIŞ KƏND İCRA NÜMAYƏNDƏLİYİ GƏNC KADRA TAPŞIRILDI

05 sentyabr 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Əliyev Ülvi İmran oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Ü.Əliyev 03 dekabr 1982-ci il tarixində Şəmkir rayonunun Talış kəndində dünyaya gəlib. Qərb Universitetini bitirib. Bundan öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Talış kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində çalışıb. Son iş yeri isə Qaracəmirli bələdiyyəsində vergi müfəttişi vəzifəsi olub.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ülvi Əliyevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər