Şriftin ölçüsü :

Saytın rəngi :

MAŞIN KANALIN SUYU ARTIRILIR

04 sentyabr 2019 | 16:00

ŞƏMKİRDƏ ƏHALİNİN SU TƏMİNATININ YAXŞILAŞDIRILMASI ÜÇÜN HƏR GÜN YENİ BİR LAYİHƏ İCRA OLUNUR.

Prezident Cənab İlham Əliyevin qayğısı sayəsində Şəmkir rayonunda vətəndaşlara göstərilən bütün xidmət sahələri kimi, su təminatı da rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılan sahələrdən biridir.

Bunun bariz nümunəsi kimi son zamanlarda rayonda bu sahədə aparılan möhtəşəm layihələri göstərmək olar. Bunlar arasında ən öndə gedənlər isə uzun zamandır susuzluqdan əziyyət çəkən rayonun ən böyük kəndi olan Zəyəm Cırdaxana yeni su xəttinin çəkilişi, Şəmkirçay su anbarının yaxınlığında yeni sutəmizləyici qurğunun inşası, Şəmkirçay su anbarından çıxan, sağ sahildən çəkilən 1800 mm diametrli, 4.2 kilometr uzunluğunda yeni suvarma kanalının çəkilişi, Sərxan yaşayış massivinin içməli su ilə təmin olunması üçün əvvəllər mövcud olmuş 300 metrlik su xətti yeni sutəsisatı layihələri əsasında tikilmiş 1000 kubmetrlik su anbarına çəkilişi, İrmaşlı kənd sakinlərinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində su xətlərinin yenidən qurulması və digərlərini göstərmək olar.

Bunlardan biri də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Maşın kanalda suyun həcminin artırılması məqsədilə Kür çayından 3000 mm diametrli, 7.1 kilometr uzunluğunda yeni su borularının çəkilməsidir.

İşlərin gedişatı ilə yerində tanış olmaq üçün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əraziyə baş çəkib.

İcra başçısına məlumat verilərək bildirilib ki, Kür çayından 1750 m şüşə lifli borularla çəkiləcək su xətti Maşın kanalda suyun həcmini 3 dəfə artıracaq. Hidrotexniki qurğunun tikintisi birinci mərhələdə Kür çayında yerləşən nasosxanadan 4.1 km, ikinci mərhələdə isə 3 km uzunluğunda çəkiləcək.

Nasosxanada suyun sürətli axınını təmin etmək üçün 6 ədəd su motoru quraşdırılacaq. Layihə icra olunduqdan sonra Maşın kanala verilən suyun həcmi 19.5 kubmetrə çatdırılacaq. Bununla da Maşın kanaldan istifadə edən kəndlərin su təminatı tammailə yaxşılaşacaq.

Keçidlər