Şriftin ölçüsü :

Saytın rəngi :

"Prezidentimiz ailələrimizə sevinc, xoşbəxtlik və nur bəxş etdi"- Qaracəmirli sakinləri

29 avqust 2019 | 16:00

Şəmkir rayonunun Qaracəmirli kəndində yeni salınmış yaşayış massivində 60 abonentə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Regional Qaz İstismarı idarəsinin rəisi Xaliq Namazov, kənd ağsaqqalları və sakinlər iştirak ediblər.

Alimpaşa Məmmədov tədbirdə çıxış edərək qeyd edib ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Şəmkir rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.Bunun da bariz nümunəsidir ki, bu gün Qaracəmirli kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.

Çıxışının sonunda Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirib.

Qaracəmirli sakinlər də kəndin yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsinə görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Alimpaşa Məmmədov və Xaliq Namazov təbii qazın verilişini əks etdirən rəmzi məşəli alovlandırıb.

Tədbirin sonunda rayon rəhbərliyi və qonaqlar kənd sakini Fatma İbrahimovanın evində təbii qazın yandırılması mərasimində iştirak ediblər.

F.İbrahimova sakinlər adından Cənab Prezident İlham Əliyevə minnətdarlıq edib: “Bu gün Cənab Prezidentimiz ailələrimizə sevinc, xoşbəxtlik və nur bəxş etdi. Allah Prezidentimizi millətimizin üzərindən əskik etməsin. Onun sayəsində ölkəmiz çiçəklənir, ən ucqar yerlərdə yaşayan insanların belə həyat şəraiti yaxşılaşır”

Keçidlər