Şriftin ölçüsü :

Saytın rəngi :

MEHRİBAN XANIM ƏLİYEVANIN ŞƏMKİR GƏNCLƏRİNƏ HƏDİYYƏLƏRİ- "BU GÜN BİZİM ƏN SEVİNCLİ GÜNÜMÜZDÜR"

23 avqust 2019 | 16:00

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir.

Bu işlərin davamı olaraq Şəmkir rayonunda regionun ən böyük və müasir standartlara cavab verən yeni gimnastika zalı və futbol, basketbol, voleybol meydançaları istifadəyə verilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəmkirli idmançılara hədiyyə etdiyi idman qurğularında olub və yerli idmançıların sevincli günündə iştirak ediblər.

Qonaqlara bildirilib ki, gimnastika zalı uşaqların bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanmas istiqamətində fəal şəkildə məşğul olacaq. İdman zalı bütün avadanlıqlarla təchiz olunub və idmançıların istifadəsinə verilib. Hazırda zalda 40-a yaxın idmançı həm gimnastika üzrə dərs alır, həm də yarışlara hazırlaşırlar.

İdmançılar və onların valideyinləri şəmkirlilər üçün yaradılan şəraitə görə Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. İdmançılar söz verib ki, gələcəkdə uğurlu nəticələri ilə Mehriban xanımın ehtimadını doğruldacaq, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.

Gimnastların hazırladıqları maraqlı kompozisaları izləyən qonaqlar daha sonra futbol, basketbol və voleybol meydançalarında yeniyetmə idmançıların sevincinə şərik olublar.

Tədbirdə çıxış edənlər yeni istifadəyə verilən meydançanın gənclərin asudə vaxtının səmərəli təşkil olunması, zərərli vərdişlərdən uzaq olmasında xüsusi rolundan danışıblar.

Valideyinlər bildirib ki, belə idman qurğularının gənclərin ixtiyarına verilməsi Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların sağlam gənc nəsil kimi yetişməsində xidmətlərinin bariz nümunəsidir.

Sonda bütün Şəmkir gəncliyi onlara hədiyyə olaraq verilən, rayonda idmanın inkişafına xidmət edəcək yeni idman qurğularına görə təşəkkürlərini bildirib, bu günün onlar üçün çox sevincli bir gün olduğunu vurğulayıblar.

Keçidlər