Şriftin ölçüsü :

Saytın rəngi :

SHXÇDX-nin rəisi Şəmkirdə vətəndaşları qəbul edib

22 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Şəmkir vətəndaşlarının qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xidmət rəisi, general-leytenant Arzu Rəhimov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Daha sonra Şəmkir Heydər Əliyev Mərkəzində vətəndaşların müraciət və təklifi dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Keçidlər