Şriftin ölçüsü :

Saytın rəngi :

22 YAŞLI GƏNCƏ YENİ VƏZİFƏ VERİLİB

22 avqust 2019 | 16:00

Şəmkir rayon Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsi Mürşüdlü Elmir Elşən oğluna həvalə olunub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Mürşüdlü Elmir Elşən oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsinə təyin edilib.

E.Mürşüdlü 07 may 1997-ci ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsini bitirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elmir Mürşüdlünü təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq! 

Keçidlər