Şriftin ölçüsü :

Saytın rəngi :

Vaqif Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif edilib

18 iyul 2019 | 16:00

Məmmədov Vaqif İsrafil oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yubiley medalını rayonun fəal gənclərinin də iştirak etdiyi tədbirdə Vaqif Məmmədova təqdim edib.

Vaqif Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülməyin onun üçün böyük şərəf olduğunu bildirib: “Buna görə Cənab Prezident İlham Əliyevə səmimi minnətdarlığımı bildirir, dərin təşəkkür edirəm. Bu yüksək təltifə layiq görülən hər kəsi təbrik edirəm”.

Qeyd edək ki, Vaqif Məmmədov Şəmkir rayonunun sosial-iqtisadi inkişafında və ictimai-siyasi həyatında fəal iştirakına, uzun illərdir ki, rayonda tikinti, quruculuq-abadlıq işlərində səmərəli xidmətlərinə görə təltif edilib.

Biz də öz növbəmizdə Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Vaqif Məmmədovu təbrik edir, uğurlar arzulayırıq!

Keçidlər