Şriftin ölçüsü :

Saytın rəngi :

SƏRXAN ƏHALİSİNİN İÇMƏLİ SU TƏMİNATI YAXŞILAŞDIRILIR

04 iyul 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü, “Azərsu” ASC və AKKORD şirkətinin birgə təşkilatçılığı ilə rayonun Sərxan yaşayış massivinin içməli su ilə təmin olunması üçün əvvəllər mövcud olmuş 300 metrlik su xətti yeni sutəsisatı layihələri əsasında tikilmiş 1000 kubmetrlik su anbarına çəkilmişdir. Bu layihə ərazidə olan su xətlərində itkilərin qarşısının alınması üçün mühüm işlərdən biridir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev yeni təmir olunmuş su hövzəsinə baxış keçirib.

İcra başçısının birinci müavininə məlumat verilərək bildirilib ki, yeni hövzə vasitəsilə Sərxan yaşayış massivi ərazisində 2000-dən artıq fərdi təsərrüfat içməli su ilə təmin ediləcək. Bir su anbarı və üç hovuzdan ibarət su hövzəsi 160 mm-lik borular vasitəsilə Sərxan əhalisinin içməli su təminatını yaxşılaşdıracaq.

Sərxan sakinləri görülən işlərə görə Prezident Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər: “İndiyədək bu ərazidə içməli su təchizatı uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb və sakinlərin içməli suya olan təlabatında problemlər yaranıb. Burada yaşayan əhli günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Dövlətimiz sağ olsun bizim üçün vacib olan bu problemi müraciət etdiyimiz anda aradan qaldırdılar”.

Qeyd edək ki, Şəmkir rayonunda əhalinin içməli suya olan təlabatının tamamilə ödənilməsi üçün dayanmadan işlər aparılır. Son illərdə Şəmkir rayonunda bu sahədə müxtəlif genişmiqyaslı işlər həyata keçirilib. Bu işlərin ən böyüyü rayon İcra Hakimiyyəti və Zəyəm Cırdaxan kəndinin Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamları birlikdə uzun zamandır susuzluqdan əziyyət çəkən rayonun ən böyük kəndi olan Zəyəm Cırdaxana yeni su xəttinin çəkilişi artıq başa çatmaq üzrədir.

Keçidlər