Şriftin ölçüsü :

Saytın rəngi :

"BİZ BİLİRİK Kİ, CƏNAB PREZİDENT ƏHALİNİN RİFAHINA MANE OLACAQ BÜTÜN ƏNGƏLLƏRİ ARADAN QALDIRMAĞA QADİRDİR" - QILINCBƏYLİ SAKİNLƏRİ İLƏ GÖRÜŞ

25 iyun 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Qılıncbəyli kəndində 18 nəfər sakinin müraciətini fərdi qaydada dinləyib.

Qəbuldan öncə icra başçısı Qılıncbəyli sakinləri ilə ümumi qaydada söhbət edib, ölkəmizdə və rayonumuzda baş verən önəmli hadisələr, görülən işlər, uğurlu layihələr haqqında qısa məlumat verib.

Daha sonra sakinlər fərdi qaydada dinlənilib.

Qəbula yazılan vətəndaşlar arasında Cənab Prezidentə təşəkkürlərini çatdırmaq üçün gələnlər də vardı. Kənd sakini, orta məktəb müəllimi Abdullayeva Şahirə Əbdülrəhman qızı Cənab Prezidentin son Sərəncamlarına görə müəllimlər adından təşəkkür ünvanlayıb: “Ölkə Prezidenti möhtərəm İlham Əliyevin Sərəncamı ilə minimum aylıq əməkhaqqının artırılması bir müəllimə kimi məni çox sevindirdi. Dövlət başçısının bu Sərəncamı yüz minlərlə insanın böyük sevincinə səbəb olub. Bu hadisə əhalinin sosial müdafiəsinin gücləndirilməsində ciddi rol oynayacaq. Bu, onu göstərir ki, cənab Prezident hər zaman xalqın yanındadır və ölkəmizin inkişafı, əhalinin rifahına mane olacaq bütün əngəlləri aradan qaldırmağa qadirdir”.

Digər sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, mübahisəli torpaq məsələləri, kənddaxili yolların təmiri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər