Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib

04 iyun 2019 | 16:00

İyunun 5-də Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev və rayon suvarma sistemləri və melioservis idarələrinin kollektivləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.

Daha sonra keçirilən tədbirdə çıxış edən Qüdrət Əliyev bildirib ki, respublikamızda meliorasiya və su təsərrüfatı işlərinin təməli XX əsrin əvvəllərində qoyulsa da, onun əsas inkişafına ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə nail olmuşdur. Həmin illərdə regionlarda iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2 dəfə artmışdır.

Ulu öndər Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Rayon suvarma sistemləri və melioservis idarələrinin rəhbərləri isə çıxışlarında son illər rayonda kənd təsərrüfatı əkinlərini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmək üçün istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirildiyini qeyd etmişlər.

Keçidlər