Şriftin ölçüsü :

Saytın rəngi :

YAP ŞƏMKİR RAYON TƏŞKİLATI GƏNCLƏR BİRLİYİNİN V KONFRANSI KEÇİRİLİB

16 may 2019 | 16:00

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir Rayon Təşkilatı Gənclər Birliyinin Şəmkir Heydər Əliyev Mərkəzində V konfransı keçirilib.

Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatları Sona Əliyeva və Kamran Bayramov da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan toplantıda iştirakçılar YAP Şəmkir Rayon Təşkilatı Gənclər Birliyinin gördüyü işləri əks etdirən videoçarx izləyiblər.

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, son illər ölkəmizdə gedən dinamik inkişafın mərkəzində məhz Yeni Azərbaycan Partiyası durur. Yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyev olan partiya daim dövlətçilik ənənələrinə sadiq olub, dövlət quruculuğuna öz töhfələrini verib. Ümummilli Liderin müəyyən etdiyi istiqamət, doğru yol onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Sonra tədbirdə YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılovun hesabat məruzəsi dinlənilib.

Məruzə ətrafında müzakirələrdə gənc partiya fəalları çıxış ediblər.

Daha sonra təşkilati məsələlərə baxılıb.

YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri, Şura üzvləri, İdarə Heyəti və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələri seçilib.

Emin İsmayılov yenidən YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri, Elgün Seyidov və Aysel Əlizadə sədrin müavinləri seçiliblər.

Konfransda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisin deputatları Sona Əliyeva və Kamran Bayramov çıxış edərək YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş üzvlərini təbrik ediblər.

Çıxış edənlər Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.

Konfransda partiya sıralarına səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Keçidlər