Şriftin ölçüsü :

Saytın rəngi :

SON 3 AYDA ŞƏMKİRDƏ HANSI NƏTİCƏLƏR ƏLDƏ OLUNUB?

15 may 2019 | 16:00

Şəmkir rayonunda 2019-cu ilin üç ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident Cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi ölkəmizin son illərdə inkişafından danışmışdır.

Alimpaşa Məmmədov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Şəmkir rayonunun sosial-iqtisadi həyatında da 2018-ci ildə olduğu kimi cari ilin üç ayı ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirmişdir.

Prezident Cənab İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanmışdır.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olduğu məruzədə qeyd edilmişdir.

Hesabat iclasında qeyd olunub ki, rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində son illər əldə olunmuş nailiyyətlər davam etməkdədir.

Bildirilib ki, 2019-cu ilin I rübü ərzində 1224 yeni iş yeri açılmışdır ki, bunun da 359-u daimi iş yeridir.

Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb.

Keçidlər