Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ KÜMÇÜLƏR ARASINDA GƏNC AİLƏLƏRİN SAYI DAHA ÇOXDUR

06 may 2019 | 16:00

Şəmkirdə baramaçılığın yaradılması və inkişafı üçün tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Şəmkirdə zəruri işlər görülür.

Rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi şəmkirlilər tərəfindən müsbət qarşılanıb.

Rayon ərazisinə bu il 450 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən əhaliyə paylanılıb. 36 yaşayış məntəqəsi üzrə kümçülərə paylanılan barama qurdunun rayonda baramaçılığın inkişafında əhəmiyyətli rola malik olacağı gözlənilir. Ən əsası isə rayon sakinlərinin baramaçılıq sahəsindəki peşəkarlığı bu sahənin inkişafı üçün stimul yaradır.

Rayonun Sarıtəpə kənd sakini Xaşimova Rahilə bu sahədə bizim zəngin təcrübəmiz var və eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdük: "Ötən il baramaya barama bəsləyib iki ədəd inək aldım, bu ildə baramaçılıqdan qazandığım pulla mal-qaramın sayını artıracam".

Baramaçılıqla məşğul olan digər sakinlər də qeyd edirlər ki, ipəkqurdu olan otağın teperaturu 24-25C olmalıdır. Keyfiyyətli barama əldə etmək üçün isə gərək, tut yarpağı əskik olmasın. İpəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.

Əsas diqqət çəkən məqam ondan ibarətdir ki, Şəmkirdə barama bəsləmək istəyənlər arasında gənc ailələrin

Keçidlər