Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR ŞƏHİDİNİ ANDI

05 aprel 2019 | 16:00

Bu gün Şəmkirin Tatarlı kəndində 2016-cı ilin aprelində cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, şəhid Nurlan Qasımovun vətən uğrunda canından keçməsinin üçüncü il dönümündə anılıb.

Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ Qaziləri, kənd sakinləri, şəhidin yaxınları, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak ediblər.

Tədbir şəhid Nurlan Qasımovun məzarı önündə keçirilib. Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə hər zaman dövlət tərəfindən hərtərəfli qayğı göstərilirdiyini bildiriblər.

Qeyd olunub ki, belə tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynayır.

Tədbirdə qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışılıb.

Keçidlər