Şriftin ölçüsü :

Saytın rəngi :

"ŞƏMKİRLİLƏR ÇOX İSTİQANLIDIR" - FİDE PREZİDENTİ

04 aprel 2019 | 16:00

Rusiyalı funksionerin səfərinin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirini izləməkdir.

A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov(Azərbaycan) görüşündə ilk gedişi edib.

"Çox şadam ki, Şəmkirə gəlmişəm, ilk dəfədir buradayam".

Bunu Azərbaycanın mərhum qrossmesteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirini izləmək üçün gələn Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç deyib.

Şəmkirdə mətbuat konfransı keçirən Arkadi Dvorkoviç yarış və yerli əhalidən razılıq ifadə edib: "Superturnir yüksək səviyyədə təşkil olunub, şəmkirlilər isə çox istiqanlıdır".

Dvorkoviç "ShamkirChess" iştirakçıları arasında dünya çempionu Maqnus Karlseni xüsusi fərqləndirib: "Karlsenin oyunu daha çox maraq doğurur. Əlbəttə, o, dünyanın ən güclü şahmatçısıdır. Burada əsas fərq budur. Onun fərqləndirici xüsusiyyəti partiyalar zamanı diqqətini maksimum dərəcədə öz oyununa kökləməsi və öz üzərində çox işləməsidir".

FİDE Prezidenti Dvorkoviç Şəmkir Heydər Əliyev Mərkəzi ilə də tanış olub.

Keçidlər