Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Şəmkirdə ümumrayon anım tədbiri keçirildi

31 mart 2019 | 16:00

Bu gün Şəmkirdə 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bu münasibətlə təşkil olunan anım tədbirinə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət vəkili Kamran Bayramov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbər heyəti, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyəti, media nümayəndələri qatılıblar.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xiyabanda ucaldılmış soyqırım abidəsinin önünə tər çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir Şəmkir Heydər Əliyev Mərkəzində davam etdirilib.

Tədbirdə çıxış edən Millət vəkili Kamran Bayramov bir əsr öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb. Milli Məclisin deputatı bildirib ki, erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər.
Tədbir iştirakçıları sonda 31 Mart Soyqırımına həsr olunmuş sənədli film izləyiblər.

Qeyd edək ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Keçidlər