Şriftin ölçüsü :

Saytın rəngi :

DƏLLƏR CƏYİRƏ YENİ İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ

29 mart 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Məhərrəmov Əflatun Məmməd oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindəsi vəzifəsinə təyin edilib.

Məhərrəmov Əflatun 28 aprel 1961-ci il tarixində Şəmkir rayonunun Dəllər qəsəbəsində dünyaya gəlib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Ailəlidir, 3 övladı var.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Əflatun Məhərrəmovu təbrik edir, yeni işində uğurlar arzulayırıq! 

Keçidlər