Şriftin ölçüsü :

Saytın rəngi :

“SİZİN ŞƏMKİRDƏKİ XOŞ ƏMƏLLƏRİNİZ BİZƏ PREZİDENTİMİZİN QAYĞISINI HİSS ETDİRİR”

29 mart 2019 | 16:00

127NƏFƏR SAKİNİN MÜRACİƏTİNİ DİNLƏNİLİB

Hamıya məlumdur ki, bu gün Cənab Prezidentin vətəndaş amilinin önə çəkilməsi siyasəti Şəmkir rayonunda uğurla icra olunur.
Bu işlərin bir parça kimi Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov həm rayonun müxtəlif kənd və qəsəbələrində səyyar qəbullar keçirir, vətəndaşları fərdi qəbul edir, həm də hər həftənin 5-ci günü İcra Hakimiyyətinin inzibati binasında sakinləri qəbul edir.
Şəmkir sakinlərinin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu günki qəbulunda da insanlar böyük ümidlə gəlmişdirlər.
İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.
Vətəndaşların şifahi qəbulunda 127 nəfərin müraciəti dinlənilib.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Qəbula gələn sakinlər Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər.
Seyfəli kənd sakini 87 yaşlı Qasımov Qasım Qurban oğlu səmimi qəbula görə şəmkirlilər adından Alimpaşa Məmmədova təşəkkürünü bildirib: “Sizin şəmkirlilərə belə sevginiz, Şəmkirdə gördüyünüz gözəl işlər, xoş əməllər bizlərə dövlətimizin, Prezidentimizin qayğısını hiss etdirir”.

Keçidlər