Şriftin ölçüsü :

Saytın rəngi :

"BU GÖZƏL EVLƏR CƏNAB PREZİDENTİMİZİN BİZƏ BAYRAM HƏDİYYƏSİDİR" - ÇOXMƏNZİLLİ BİNANIN AÇILIŞI KEÇİRİLDİ

19 mart 2019 | 16:00

Şəmkirdə çoxmənzilli yaşayış binası sakinlərin ixtiyarına verilib.

Ötən ilin avqustunda Prezident İlham Əliyev Şəmkirə gəlişi rayonun tarixinə daha bir qızıl hərflərlə yazılan səfər kimi düşdü.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən Şəmkir şəhərində qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli 1 yaşayış binasının tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait də ayırdı.

Cənab Prezident İlham Əliyevin şəmkirlilərə ərmağan etdiyi çoxmənzilli yaşayış binası bu gün sakinlərin ixtiyarına verilib.

Binanın açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları və binanın sevincli sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əvvəlcə bina sakinlərini Novruz Bayramı münasibəti ilə təbrik edib.

İcra başçısı bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Rayonda görülən hər bir iş, atılan uğurlu addım və qazanılan qələbələr də həmin düzgün təmələ söykənir. Çünki siz sakinləri sevincli görəndə biz öz istəyimizə çatmış oluruq.
Binanın təmirində əməyi keçən insanlara, xidmət sahələrinin rəhbərlərinə minnətdarlıq edən rayon rəhbəri görülmüş işlərin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün onların var qüvvələri ilə çalışdıqlarını qeyd edib.
İcra başçısı çıxışının sonunda tədbir iştirakçılarını bayram münasibətilə bir daha təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha böyük nailiyyətlər qazanmağı arzulayıb.

Sakinlərdə isə çıxışlarında gözəl bina üçün Prezident Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, icra başçısından bütün bina sakinlərinin təşəkkürünü çatdırmasını istəyiblər. Sakinlər qeyd edib ki, bu evlər Cənab Prezidentin onlara Novruz bayramı hədiyyəsidir.

Daha sonra Alimpaşa Məmmədov evlərin açarlarını sakinlərə təqdim edib və binada yaradılan şəraitlə tanış olub.

Keçidlər