Şriftin ölçüsü :

Saytın rəngi :

" Bu sizin həyatınızın ən önəmli səfərlərindən biri olacaq" -İcra başçısı məktəbliləri yola saldı

15 mart 2019 | 16:00

" Bu sizin həyatınızın ən önəmli səfərlərindən biri olacaq" -İcra başçısı məktəbliləri yola saldı

Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanımızın dilbər güşələrindən olan Qəbələ, Şəki və Zaqatala rayonlarına səfər edəcək şagirdlər arasında 19 ümumtəhsil orta məktəbindən 40 nəfər Şəmkir məktəbliləri də var.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihə çərçivəsində şəfərə çıxan rayonun təhsildə fərqlənən 9-10-11-ci sinif şagirdləri ilə görüş keçirib.

Tur-aksiya iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin ölkəmizdə gedən inkişaf, regionlarda aparılan quruculuq işləri və ən əsası Azərbaycanın rayonlarını tanıması, olduqları rayonların məktəbliləri ilə əlaqə qurması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” başlığı altında keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir: “Bu tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Bu səfər sizin həyatınızda ən önəmli səfərlərdən biri olacaq”.
Görüş zamanı Şəmkir məktəbliləri də bu şəraiti onlara yaratdıqları üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirdilər.

Sonda məktəblilərlə xatirə fotosu çəkilib, icra başçısı məktəblilərlə tək-tək görüşərək onları səfərə yola salıb.

Keçidlər