Şriftin ölçüsü :

Saytın rəngi :

ŞAGİRDLƏRDƏN MÖHTƏŞƏM KOMPOZİSİYALAR - "MƏKTƏBİN TƏQDİMATI"

14 mart 2019 | 16:00

Bu gün Şəmkir rayonunda daim diqqət mərkəzində saxlanılan təhsil sahəsi qazanılan uğurları, əldə olunan yüksək göstəriciləri ilə fərqlənir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir.

Azərbaycanda analoqu olmayan “Məktəbin Təqdimatı” layihəsinin keçirilməsində məqsəd də şagirdlərin gizli istedadını üzə çıxarmaq və onlara layiq olduqları dəstəyi göstərməkdir.

Bu gün növbəti təqdimatı Şəmkir şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin şagirdləri ediblər.

Məktəbin kollektivi bir-birindən maraqlı kompozisiyalarla qonaqlara məktəblərini təqdim ediblər. Məktəblilər Azərbaycan tarixinə, Novruz bayramına, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər.

Məktəblilərlə səmimi söhbət edən icra başçısı çıxışında şagirdləri Novruz Bayramı münasibətilə təbrik edərək bildirib ki, Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün intibah dövrünü yaşayır. Günü-gündən xarici ölkələrdə təhsil alan gənclərimizin sayının artması, yüksək təhsilli gənc kadrların önə çəkilməsi təhsilin səviyyəsinin artmasından xəbər verir. Bu cür layihələr hazırlayaraq tariximizi, mədəniyyətimizi tanıtmaq istəyi də təhsilin inkişafı deməkdir.

Rayon rəhbəri vurğulayıb ki, bu gün bu gözəl balaları yanına gəlməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.

Şagirdlər isə öz növbəsində təqdimata gəldiyi üçün icra başçısına təşəkkür ediblər.

Keçidlər