Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR BEYNƏLXALQ TURNİRƏ EV SAHİBLİYİ EDƏCƏK - SHAMKİR CHESS 2019

11 mart 2019 | 16:00

 

Bu ilin aprel ayında Şəmkir şəhərində mərhum Azərbaycan şahmatçısı, üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu turnirin yüksək səviyyədə keçirilməsinə təşkilati, texniki və tənzimləyici köməklik göstərilməsi məqsədi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.

Bu gün Təşkilat Komitəsi üzvlərinin iştirakı ilə iclas keçirilib.

İclasda Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Təşkilat Komitəsinin üzərinə düşən vəzifələri açıqlayıb və turnirin yüksək səviyyədə təşkil ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib.

İcra başçısı bildirib ki, ildən-ilə Şəmkirdə keçirilən bu möhtəşəm turnirin reytinqi artır: “Dünyanın ən ünlü qrossmeysterləri bu turnirə maraq göstərir və məsuliyyətlə yanaşırlar. Şəmkirdə keçirilməsi ənənə halını almış "ShamkirChess" superturniri yüksək səviyyədə təşkil edilir. Biz bununla paytaxtdan 400 km aralıda belə bir möhtəşəm yarışı keçirmək qabiliyyətinə malik olduğumuzu göstəririk. Şəmkir artıq beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir ".

Təşkilat Komitəsinin üzvləri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini və üzərilərinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Qeyd edək ki, "VI Vüqar Həşimov Memorialı" bu ilin martın 31-dən aprelin 9-dək keçiriləcək.

Keçidlər