Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ 23 YAŞLI GƏNC VƏZİFƏYƏ TƏYİN EDİLDİ

11 mart 2019 | 16:00

Şəmkir rayon Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsi 23 yaşlı gəncə həvalə olunub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Eldarlı Elvin Asif oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsinə təyin edilib.

Eldarlı Elvin 14 avqust 1996-cı ildə Şəmkir rayonu Kür qəsəbəsində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Eldarlı Elvini təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər