Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR XANIMLARINA FƏRQLİ VƏ ÖZƏL TƏBRİK

08 mart 2019 | 16:00

8 Mart Beynəlxalq Qadınlar Günü bütün xanımların bayramıdır. Bu gün bütün xanımlara dəyərli, önəmli olduğunu göstərmək üçün ən özəl gündür.

Bu il Şəmkirdə 8 mart Beynəlxalq Qadınlar Günü fərqli qarşılanıb.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup fəal gənc səhər bu gün saat 7:00-dan etibarən şəhərin küçələrində zəhmətkeş xanımlara hədiyyə paylayıblar.

O qadınlar ki, hər səhər soyuq bilmədən, isti bilmədən Şəmkirimizə, şəmkirlilərə sevərək xidmət göstərirlər.

Bu xoş gündə təbrikdən, hədiyyədən əlini üzüb zəhmətlə çörək pulu qazanan qəhrəman xanımlarımıza verilən hədiyyələr onların sevincinə səbəb olub.

Keçidlər