Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASINA YÖNƏLƏN HUMANİTAR AKSİYA DAVAM EDİR

04 mart 2019 | 16:00

Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Şəmkir rayonunda da əhalinin kütləvi dispanserizasiyası yüksək fəallıqla davam edir.

Humanitar aksiyada kənd, qəsəbə və kollektivlərdə aktivliyi təmin etmək üçün kütləvi izahat, təbliğat-təşviqat işləri aparılır.

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, qəsəbə, kənd sahə tibb məntəqələri müayinələrin mütəşəkkil keçirilməsi üçün müasir avadanlıqlarla təchiz olunub. Qrafikə əsasən, fevralın 12-dən indiyədək 31 min 943 nəfər rayon sakini müayinə olunub. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir.

Müayinələr zamanı xəstəlik aşkar olunan sakinlərdən 1916 nəfəri ambulator, 189 nəfər stasionar müayinəyə cəlb olunub, 2 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. 17 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb məntəqələrinə göndərilib.

Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının sağlamlığına qayğıkeş münasibəti sakinlər tərəfindən razılıqla qarşılanır.

Qeyd edək ki, əhalinin kütləvi pulsuz tibbi müayinəsinin yüksək səviyyədə keçirilməsi üçün Konsultativ Poliklinika şöbəsilə yanaşı, 32 həkim məntəqəsi, 4 kənd və 3 qəsəbə xəstəxanası aksiyaya cəlb olunub. Bununla yanaşı həkim olmayan kəndlərdə əhalinin müayinə edilməsi üçün əlavə 3 həkim briqadası yaradılıb. Hər briqada terapevt, cərrah, endokrinoloq, stomotoloq və kardioloq həkimlə təmin olunub.

Keçidlər