Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ DAHA BİR GƏNCƏ VƏZİFƏ VERİLDİ

28 fevral 2019 | 16:00

Şəmkir rayon Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçı – baş mühasib vəzifəsi Elşən Qasımova həvalə olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Qasımov Elşən Rövşən oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçı – baş mühasib vəzifəsinə təyin edilib.

Elşən Qasımov 22 İyul 1988-ci ildə Şəmkir rayonu Qədimqala kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Ailəlidir, iki övladı var.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elşən Qasımovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər