Şriftin ölçüsü :

Saytın rəngi :

MƏKTƏBLİLƏRİN MÖHTƏŞƏM TƏQDİMATI

21 fevral 2019 | 16:00

Bu gün növbəti “Məktəbin təqdimatı”nı Sərxan kənd tam orta məktəbin müəllim və şagird kollektivi edib.

Əvvəlcə məktəblilər Azərbaycan tarixinə, zəngin mədəniyyətimizə və incəsənətimizə aid kompozisiyalar səsləndiriblər.

“Məktəbin TəqdimatI” tədbirdə iştirak edən qonaqların marağına səbəb olub.

Təqdimatda çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məktəblilərin məharətindən heyran olduğunu və onların çox böyük gələcəyinin olduğunu bildirib.

Şagirdlər isə öz növbəsində təqdimata gəldiyi üçün icra başçısına təşəkkür ediblər.

Görülmüş işlərdən razılığını bildirən qonaqlar məktəbin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Keçidlər