Şriftin ölçüsü :

Saytın rəngi :

KEÇİLİ KƏNDİNƏ YENİ İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ

21 fevral 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Kəndin yeni icra nümayəndəsi Quluyev Mansur Qəzənfər oğludur.

Mansur Quluyev 01 yanvar 1970-ci il tarixində Şəmkir rayonunun Keçili kəndində dünyaya gəlib. Azərbaycan Texnalogiya Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Quluyev Mansur Qəzənfər oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Mansur Quluyevi təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər