Şriftin ölçüsü :

Saytın rəngi :

KÜR QƏSƏBƏ SAKİNLƏRİ CƏNAB PREZİDENTƏ TƏŞƏKKÜR ETDİLƏR

20 fevral 2019 | 16:00

Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də Səhiyyə Nazirliyinin sifarişi ilə əsaslı şəkildə təmir olunan Kür qəsəbə Kür Qəsəbə Xəstəxanasıdır.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Kür qəsəbə Xəstəxanasında aparılan təmir işlərinin gedişatı ilə yaxından tanış olub.

İcra başçısına bildirilib ki, 2018-ci ilin əvvəllindən təmirinə başlanılan tibb müəssində artıq söküntü işləri tam başa çatdırılıb.

Təmir bərpa işlərinin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır.

Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.

Xəstəxanada aparılan işlərlə tanış olduqdan sonra icra başçısı Kür qəsəbəsində sakinlərin fərdi qəbulunu keçirib və qəbula gələn vətəndaşlar qəsəbə xəstəxanasında aparılan bütün işlərə, qayğıya görə ölkə rəhbəri Cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər