Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Arxiv İdarəsinin Şəmkir filialına yeni direktor təyin olunub

14 fevral 2019 | 16:00

Milli Arxiv İdarəsinin Şəmkir filialına Quliyev Elşən Sabir oğlu direktor təyin edilib.

Bu gün Milli Arxiv İdarəsinin əməkdaşları Natiq Eminov və Həbib Həsənov və yeni təyinat almış Elşən Quliyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüblər.

Alimpaşa Məmmədov ilk öncə qonaqları salamlayaraq onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib. Daha sonra Milli Arxiv İdarəsinin Şəmkir filialına yeni təyinat almış Elşən Quliyevi təbrik edib və ona məsuliyyətli işində uğurlar arzulayıb.

Milli Arxiv İdarəsinin əməkdaşları Alimpaşa Məmmədova isti münasibətə görə öz dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Elşən Quliyev bundan əvvəl Şəmkir Rayon İcra Hakimiyyətinin Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib.

Keçidlər