Şriftin ölçüsü :

Saytın rəngi :

Zəyəm Cırdaxanın su, Düyərlinin qaz təchizatı yaxşılaşdırılır

13 fevral 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti və Zəyəm Cırdaxan kəndinin Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamlarının birgə təşəbbüsü ilə Zəyəm Cırdaxan kəndinə su xəttinin çəkilişi davam etdirilir.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev aidiyyəti idarə. Müəssisə rəhbərləri ilə birlikdə işin gedişatı ila tanış olmaq üçün əraziyə baş çəkib.

İş icraçıları icra başçısının birinci müavininə məlumat verərək bildiriblər ki, 730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometrdir. Su xətti mənbəyini Zəyəm çayından götürür və yeni su xəttinin istismara verilməsi nəticəsində Zəyəm Cırdaxan kəndinin su təzhizatında olan problemlər tamamilə aradan qaldırılacaq.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev eyni zamanda Düyərli kəndinin qaz təchizatını yaxşılaşdırmaq üçün “Azəriqaz” İB tərəfindən çəkilən əlavə xəttin tikinti işləri ilə də maraqlanıb. Bildirilib ki, 4.2 kilometir uzunluğunda 250 millimetirlik borularla çəkilən təbbi qaz xətti Düyərli kəndinin qaz təchizatında yaranan problemləri tamamilə aradan qaldıracaq.

Keçidlər