Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR GƏNCLƏRİNİN UĞURLARI-DAHA BİR GƏNC VƏZİFƏYƏ TƏYİNAT ALIDI

12 fevral 2019 | 16:00

Şəmkir gəncləri rayon İcra Hakimiyyəti tərəfindən uğurla icra olunan layihələrdə öz qabiliyyətlərini, bacarıqlarını anında göstərmək imkanı qazanır və rayon rəhbərliyi tərəfindən dəstək alırlar.

Son illər bu işlər rayonda demək olar ki, ənənə halını alıb.
Belə gənclərdən biri də Aslanov İsmayıl Afiq oğludur.

Aslanov İsmayıl Afiq oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.

Aslanov İsmayıl 23 fevral 1986-cı ildə Şəmkir rayonun Çaparlı kəndində dünyaya gəlib. Azərbaycan Texnalogiya Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, Aslanov İsmayıl daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından İsmayıl Aslanovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər