Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI SƏYYAR ASAN XİDMƏTİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

04 fevral 2019 | 16:00

Xəbər verdiyimiz kimi, 1 fevral 2019-cu il tarixdən etibarən Səyyar ASAN Xidmət Şəmkir şəhəri, Heydər Əliyev prospekti 3 ünvanında (Şahmat məktəbinin yaxınlığında) 1 ay müddətində Şəmkir sakinlərə xidmət göstərəcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Səyyar ASAN Xidmətin yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb, nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə soruşub.

Səyyar ASAN Xidmətin qrup rəhbəri Mehrac Cabbarlı məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar ASAN Xidmət avtobusunda notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qrup rəhbəri qeyd edib ki, Səyyar ASAN Xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.

Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər