Şriftin ölçüsü :

Saytın rəngi :

Talış kənd ağsaqqaları icra başçısından xahiş etdilər: "Cənab Prezidentə çatdırın ki, biz onu çox sevirik"

30 yanvar 2019 | 16:00

Şəmkirdə vətəndaş amilini hər zaman ön plana çəkən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəsmi qəbul günündən başqa rayonun müxtəlif kənd və qəsəbələrində olur, sakinlərlə görüşür. Bir sözlə icra başçısını günün istənilən saatında şəmkirlilərin yanında görmək mümkünüdür.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeşliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun ucqar kəndlərindən olan Talış kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Ümumilikdə Alimpaşa Məmmədov tərəfindən 12 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Qəbul zamanı bir qrup kənd ağsaqqalı qəbula gələrək icra başçısı Alimpaşa Məmmədovdan xahiş ediblər ki, sözlərini Cənab Prezident İlham Əliyevə çatdırsın: “Bütün Şəmkir sakinləri kimi, biz də Prezidentimizi çox sevir və hər zaman da dəstəkləyirik. Onun Azərbaycanımız üçün gördüyü işlər hər birimizi çox sevindirir. Prezidentimizin beynəlxalq arenalardakı məğrur, qürurlu duruşu Azərbaycanımızın dünya ölkələri arasında nüfuzundan, gücündən xəbər verir. Talış ağsaqqalları olaraq bildiririk ki, Prezidentimizlə qürur duyuruq. Allah Ali Baş Komandanımızı qorusun”.

Qəbula gələnlər arasında Prezident Cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafına verdiyi dəyər sayəsində ərsəyə gələn “Şəmkir Səbəti” kənd təsərrüfatı mallarının satış bazarının yüksək səviyyədə fəaliyyətinə görə də təşəkkür ediblər.

Talış kənd sakini Osmanov Sahib Sakit oğlu bildirib ki, son illər ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da böyük işlər görülür: “Bütün fermerlər adından Cənab Prezidentimiz İlham Əliyevə və sizə dərin təşəkkürümüzü bildiririk. “Şəmkir Səbəti” ticarət mərkəzi tək Şəmkirin deyil, bütün Azərbaycanın ən böyük kənd təsərrüfatı mallarının satış mərkəzidir. Başqa rayonlardan gələn istər alıcılar, istərsə də satıcılar görülən keyfiyyətli işlərə və göstərilən xidmətlərə görə təşəkkürlərini bildirirlər”.

Sahib Osmanov eyni zamanda Talış kəndində telefon xətlərinin yenidən qurulması və internetdən istifadə olunması üçün kənd gənclərinə şərait yaradılması istiqamətində də icra başçısı tərəfindən köməklik göstərilməsini xahiş edib.

Həmçinin qəbulda kənd sakinləri tərəfindən içməli su, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər məsələlər barədə müraciətlər edilib.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər