Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏYƏM CIRDAXAN, DƏLLƏR VƏ ÇAPARLIDA HESABAT İCLASLARI KEÇİRİLİB

29 yanvar 2019 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Zəyəm Cırdaxan, Dəllər qəsəbə və Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin 2018 – ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Zəyəm Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Dəllər qəsəbə İƏD-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, Çaparlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat yığıncağında isə hüquq şöbəsinin müdiri Ruslan İsmayılov iştirak ediblər.

2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarının gündəliyinə əsasən kimsəsiz uşaqlar və tənha ahıl qocalarla, ağsaqqallar və gənclərlə aparılan işlər, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən tədbirlər, tut tinglərinin əkimi və baramaçılığın inkişafı istiqamətində görülən işlər, ərazidə keçirilən mədəni kütləvi tədbirlər, tikilən fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, investisyanın yönləndirilməsi, nikahsız ailələrin sayı və onların nikaha daxil edilməsi istiqamətində görülən işlər, dini radikalizmə qarşı aparılan maarifləndirici tədbirlər, yas mərasimlərinin sadələşdirilməsi və bu ənənənin qorunub saxlanılması olub.

Kənd sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndələr məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Keçidlər