Şriftin ölçüsü :

Saytın rəngi :

BU HƏFTƏ HANSI KƏNDLƏRDƏ HESABAT YIĞINCAQLARI KEÇİRİLDİ?

19 yanvar 2019 | 16:00

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Təzəkənd, Qapanlı,Yeni Göyçə, Yeniabad, İsgəndərli, Çaykənd, Nərimanlı, Tatarlı inzibati ərazi dairəsi üzrə nümayəndələrin 2018 – ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilib.

Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Qapanlı İƏD üzrə nümayəndənin hesabatında başçının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev iştirak edib.

Yeniabad, İsgəndərli kənd İƏD üzrə nümayəndənin hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsinin şöbəsinin müdiri İlqar Quliyev, Tatarlıda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev, Çaykənd, Nərimanlı kənd İƏD üzrə nümayəndəlikdə isə Hüquq Şöbəsinin müdiri Ruslan İsmayılov icra nümayəndələrinin hesabatını dinləyiblər.

2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağının gündəliyinə daxil edilən məsələlər əsasən kimsəsiz uşaqlar və tənha ahıl qocalarla, ağsaqqallar və gənclərlə aparılan işlər, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən işlər, tut tinglərinin əkimi və baramaçılığın inkişafı istiqamətində görülən işlər, qəsəbədə keçirilən mədəni kütləvi tədbirlər, Çinarlıda tikilən fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, qəsəbəyə investisyanın yönləndirilməsi, nikahsız ailələrin sayı və onların nikaha daxil edilməsi istiqamətində görülən işlər, dini radikalizmə qarşı qəsəbədə aparılan maarifləndirici tədbirlər, yas mərasimlərinin sadələşdirilməsi və bu ənənənin qorunub saxlanılması olub.

Kənd sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə keçirilən hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndələr məruzə ilə çıxış edib, hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat veriblər.

Keçidlər