Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə abadlıq-quruculuq işləri aparılır.

10 yanvar 2019 | 16:00

Şəmkirdə rayon mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə abadlıq-quruculuq işləri aparılır.

Yeni müasir görkəm alan kənd və qəsəbələrdə fərdi yaşayış evləri ilə yanaşı, dövlət idarələrinin inzibati binaları da yenilənməkdədir.

Belə kəndlərimizdən biri də Ağlavaşlıdır.

Bu günlərdə Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında təmir işləri başladılıb.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev binada aparılan təmir işlərinin gedişatı ilə maraqlanıb.

İcra nümayəndəliyinin kollektivi təbrik edən Qüdrət Əliyev bildirib ki, bütün işçilər yaradılan şəraitdən səmərəli istifadə edərək əhaliyə nümunəvi xidmət göstərməli, vətəndaşların müraciətləri yerində və vaxtında həll olunmalı, tikilənlər, qurulanlar qorunub saxlanmalıdır.

Keçidlər