Şriftin ölçüsü :

Saytın rəngi :

DƏLLƏR CIRDAXAN KƏNDİNƏ YENİ İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLDİ

10 yanvar 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Vasif Süleymanov kəndin icra nümayəndəsi təyin edilib.

13 oktyabr 1970-ci ildə Şəmkir rayonunda dünyaya gələn V.Süleymanov Azərbaycan Texnalogiya Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

Süleymanov Vasif Qara oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Vasif Süleymanovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər